“Yeddi gözəl” poemasının 820 illiyi sərgisi

Yanvarın 16-da Bakı Xətai Sənət Mərkəzində tanınmış gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılacaq. “Yeddi gözəl” adlı sərgi prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşəcək. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə açılacaq sərgidə poemanın qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim ediləcək.

Xudaferin.eu

11:27