YDP doğru yolda

 

Erhan Arıklının liderliyində KKTC-nin yeni dönəmi başlanır

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) siyasi gündəmində yeni yaranan və qısa bir zamanda həm KKTC-də, həm Türkiyədə, eləcə də bütün Türk Dünyasında ulusal dəyər anlamında böyük gücə çevrilən YDP (Yenidən Doğuş Partiyası) lideri Erhan Arıklı və onun partiyasınmı təmsil edən nümayəndə heyəti Türkiyənin başkəndi Ankarada baş bakan yardımçısı Toğrul Türkeşlə görüşüblər. Görüş zamanı YDP-nin qısa bir zamanda KKTC-də ən güclü siyasi partiyalardan birinə çevrilməsi yönündə görülən işlər adına bir sıra müzakirələr aparılıbdır.
Ankara görüşü zamanı YDP-nin KKTC-də iç və dış baxışları, siyasi hədəfləri bir daha incələndi. Partiyanın rəhbərliyində təmsil olunanlardan Bertan Zaloğlu, Sunalp Derviş Sencer və digərləri bildiriblər ki, YDP-nin tək hədəfi “Kıbrıs Türkdür və Türk qalacaqdır”. Parti başqanı Erhan Arıklı isə bildirib ki, son illərdə KKTC-nin adanın digər tərəfi olan Güney Kiprlə ortaq bir federasiya dövləti formasında birləşməsi ideyasını heç bir zaman müdafiə etməmişlər. Bunun əsas səbəbi isə, Avropa Birliyi, Avropa Şurası və BMT-nin irəli sürdüyü konseptlərdə bir sıra uyğunsuzluqların yer almasıdır. Bir sıra sivil toplum quruluşlarının həm KKTC-də, həm Rum kəsimində, eləcə də Türkiyədə dolayı yolla əldə etdiyi “qrant projeləri” nədəni olaraq, Avropanın və yunanların hədəfləri çərçivəsində addım atmaları yolverilməzdir. YDP bir partiya olaraq, KKTC-nin Türk kimliyini hər hansı bir projeyə və xəyali ideya kimi xoş gələn strateji hədəflərə boyun əyməyəcəkdir. Bu gün çoxlarının gözlərini qamaşdıran bir çox layihələr sabah KKTC-nin və Türk kimliyinin də sonu deməkdir. Bu KKTC-də mövcud olan bəzi partiyalar və sivil toplum təşkilatları gizli bir şəkildə Avropa Birliyinin, BMT-nin və digər uluslararası birliklərin “qrant projeləri”nə aldanaraq Türk-Rum birliyinin sürətlə bir dövlət adına birləşməsi ideyasını müdafiə edirlər. Əgər Avropa Birliyi və Avropa Şurası, eləcə də BMT bu qədər ədalətlidirsə, bəs nədən 1974-cü ildən bu yana KKTC-nin varlığını tanımırlar? Nədən Quzey Kıbrıs Rum kəsimini həm BMT-nin, həm Avropa Birliyinin, eləcə də digər uluslararası birliklərin tam bərabərhüquqlu üzvü elan ediblər? YDP bir partiya olaraq, bir yandan KKTC-nin siyasi hədəflərini, o biri yandan Türkiyənin bölgədəki gücünü ən çox dəstəkləyən qurumdur. YDP-nin tək hədəfi Kıbrıs Türk kimliyinin qorunmasıdır.

Kibrishakikat.com     

09:28