YDP başqanı Ərhan Arıxılı: “Bu ölkədən gedəcək olan varsa, o biz olmayacağıq”

Quzey Kıbrıs Türk Cümiriyyətində son aylarda yaradılmış YDP (Yeni Doğuş Partiyası) genel başqanı professor Ərhan Arıxlı “XUDAFERİN.EU”-ya verdiyi açıqlamada bunları söləmişdir: “Son bir neçə ildə BMT, Avropa Birliyi, Avropa Şurası və başqa uluslararası birliklər “Kıbrıs” sorunu adı altında adadakı yunan və Türk toplumlarını ortaq dövlət düzənində bir bütün olması siyasətini ortaya atmışlar. Ancaq, danışıqların şərtləri incə bi4r şəkildə elə ortaya qoyulmuşdur, sonucda Kıbrısın tamamilə biz Türklərdən “təmizlənmə”si hədəfi sezilməkdədir. Buna görə də, saxtakarcasına irəli sürülümş “Cenevrə danışlqları” və başqa masalarda bizləri təkləmək istəyirlər. Hətta bəzi şərəfsizləri də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin “güzəştlər”ə getməsinə israrçı kimi çıxış edirlər”.

YDP genel başqanı Ərhan Arıxlı onu da bildirdi ki: “Müzakirələr masasında 1974-cü ildən üzü bu yana yunanların daim uluslararası birliklər tərəfindən dəstəkləndiyi də göz önündədir. Bu gün Güney Kıbrıs BMT-nin, Avropa Birliyinin və digər ulusalrarası birliklərin tam bərabərhüquqlu üzvüdür. Amma 1974-cü ildən indiyə kimi bu uluslararası birliklər Quzey Kıbrıs Türk Cümhuriyyətini inkar yolunu tutmuşlar. Ancaq, heç bir zaman 1930-cu illərdən 1974-cü ilə kimi Kıbrısda yunan hakimiyyəti adı altında biz Türklərə qarşı aparılan soyqırımları etiraf etməmişlər. Bizləri Anadoludan Kıbrısa köçmən olaraq gördüklərini iddia etməklə varlığımızı inkar etdikcə, mücadiləmiz davam edəcək. Biz hər kəslə qardaşcasına yaşamaq istəyirik. Biz artıq Kıbrıs Türküyük. Bunu danmaq mümkün deyil. Yunan tərəfi indinin özündə belə, uluslararası birliklərin ideyasına söykəmli şəkildə Kıbrısdan biz Türklərin dışlanılmağızı iddia olaraq irəli sürməkdə davam edir. Bir daha onlara xatırladırıq ki, bu ölkədən gedəcək olan varsa, o biz olmayacağıq”.

Xudaferin.eu
KKTC, “Lefkoşa Bürosu”

12:47