Yazıçı Vaqif Nəsib Sarıhüseynoğlunun yeni kitabı işıq üzü görüb

 

“Təhsil” nəşriyyatında tanınmış nasir, “Qızıl Kəlmə” ədəbi mükafatı laureatı Vaqif Nəsib Sarıhüseynoğlunun “Rəngli günlər” kitabı çapdan çıxıb.

Kitaba müəllifin son illər qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib. Nəşrin “Ön söz”ünün müəllifi xalq yazıçısı Elçin Əfəndiyev, redaktoru nasir, publisist Mustafa Çəmənlidir. Kitab həm də kitabxanalara paylanılacaq.

Xudaferin.eu

11:09