Yasir Rəncbəri: Güney Azərbaycanda öyrənciləri universitetdən qovmaqla qorxudurlar

Güney Azərbaycanın Urmu Universitetinin bölgədəki “Nəşrlərə Nəzarət Komitəsi”nin bu yaxınlarda qapatdığı və türk dilində çap edilən “Dəniz”  tələbə dərgisinin başqanı Yasir Rəncbəri adı çəkilən dərginin qapadılmasına yol verən ittihamları açıqlayıb. O, Güney Azərbaycanda və ölkənin digər bölgələrinin universitetlərində türk öyrəncilərin necə çalışmaları, öyrənci ocaqları və türkcə yayımlanan dərgilər haqqında məlumat verib.

“Dəniz” dərgisi niyə qapadıldı?

Yasir Rəncbərininin dediklərinə görə, “2010-cu ildən bəri yayımlanan “Dəniz” dərgisinin ilgiləndiyi mövzular yalnız dil ilə bağlı deyildi. Güney Azərbaycanda türklərə qarşı tətbiq edilən ayrı-seçkiliklər və türklərin gündəlik yaşamınına dair iqtisadi problemlər və Urmu Gölünün quruması kimi ekoloji problemləri də dərginin önəm verdiyi mövzular idi.”

Yabancılardan amacı Türkiyə və Azərbaycan Cümhuriyyətidir.

Nəşrlərə Nəzarət Komitəsi “Dəniz” dərgisinin “milli məsələləri qaldırmaq və milli birliyə zərər vermək kimi xətalara” yol verdiyi və 14-cü sayıda latın əlifbasından istifadə etdiyi üçün qapadılmasına qərar verdiyini açıqlayıb. Rəncbəri həmçinin deyir ki, universitet rəhbərliyi daha öncə “Atatürkün şəklinin dərginin qapağında dərc edilməsi”, “Seyid Cəfər Pişəvəri haqqında yazıların yayılması” və “dərgidə yabancıların çıxar və yararlarının qorunması” ilə əlaqədar xəbərdarlıq vermişdilər. Dərgiyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu və dərginin əslində universitet xaricindəki qurumların göstərişi ilə qapadıldığını bildirir.
“Dəniz dərgisinə qarşı yönləndirilən suçlamaların bir çoxu istinadsızdır. Misal üçün ölkədə dərgilərin yayım qaydalarında latın əlifbasına qarşı hər hansı bir yasaq yoxdur. Bu dərginin qapadılması universitetdən kənar əlaqəsiz qurumların dərgilərə baxan komitəni yönləndirməsi ilə olub..,” deyə o dilə gətirir.
“Dəniz” dərgisinə qarşı yönləndirilən suçlamaların bir çoxu istinadsızdır. Misal üçün ölkədə dərgilərin yayım qaydalarında latin Əlifbasına qarşı hər hansı bir qadağa yoxdur. Milli fəal prezident Həsən Ruhaninin seçkilər zamanı universitetlərdə tələbələrə qarşı təhlükəsizlik baxışın qaldırılacağına dair vədlər verib, amma yerinə gətirmədiyini önə çəkir. Yasir Rəncbəri Urmudan başqa  Təbriz, Ərdəbil, Zəncan, Həmədan, Marağa və Qəzvin kimi şəhərlərin universitetlərində fəaliyyət göstərən türk tələblərin yayımladıqları dərgilər, eyni zamanda onların düzənlədikləri ocaqlar və türk dil kursları haqqında məlumat verib. Urmu Universitetindən örnəklərə diqqət çəkərək həmin ocaqları və dərgiləri idarə edən tələbələrin üzləşdiyi çətinliklər və məruz qaldıqları basqıları açıqlayıb.“Milli görüşlü öyrəncilər universitetlərin təhlükəsizlik qurumu tərəfindən təhdid edilirlər. Universitetlərdə dövlətə bağlı olan tələbə qruplarına hər növ imkan yaradılarkən Azərbaycan Türklərinin qanuni və təbii haqları üçün çalışan öyrəncilər  universitetdən atılmaq kimi hədə-qorxular ilə qarşı qarşıya olurlar,” deyə Urmu Universitetinin tələbəsi əlavə edir.

“Amerikanın Səsi” radiosu

16:41