Yasamalda intihar: yazar pulsuzluqdan özünü öldürdü

 

Yasamal Rayon Prokurorluğunun yaydığı məlumata görə, rayonun İsmayıl Qutqaşınlı küçəsi ev 1, mənzil 34-də yaşayan 1972-ci il təvəllüdlü Rizvan Qorxmaz oğlu Axundov özünü evinin dəhlizində asıb.

 

Rizvan Axundov məliyyə problemləri səbəbindən intihar edib. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir işsizlikdən əziyyət çəkdiyi bildirilir. R.Axundov Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bəddi yaradıcılqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub. Mərhum ailəlidir, bir övladı var.

BakiPost.az

06:11