“Yarının adı baska” filmi türk seyrçilərini heyran etdi

 

Türkiyədəki kino-teatrlarda Güney Azərbaycanlının çəkdiyi filmin nümayişi davam edir 

Əslən Güney Azərbaycandan olan kino rejissor Məhərrəm Zeynalzadənin çəkdiyi “Yarının adı baska” filmi ötən ilin noyabr ayından etibarən Türkiyənin bütün kino-teatrlarında nümayişi hələ də davam edir.
Adı çəkilən filmdə  Volkan Keskin, Celal Dere, Fırat Tanış, Metin Keçeci ve Selahattin Taşdöğen kimi ünlü isimlerin yer aldığı bu filmin uğur qazanmasının sirrini kino biliciləri də açıqlamağa çalışırlar.
Məhərrəm Zeynalzadə Güney Azərbaycanın Xoy şəhərində anadan olub. İran kinosunda “Bicycleran” adlı filmlə kino sənətində damğasını vurduqdan sonra, onun şöhrəti sadəcə Güney Azərbaycanda deyil, həm də uluslararası kino festivallarından sorağı gəlməyə başladı. Bundan sonra, “Aypara”, “Aşıq Valeh” adlı filmlərini doğma dilində çəkdi. Hər iki filmdə isə, Güney Azərbaycan və Türkiyənin ortaq Türk dəyərinə köklənmiş etnofolk üslubuna yer verilmişdir. 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:47