Yaponiyanın yeni “Mitsubişi-4” süni peyki orbitə çıxarılıb

 

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) qlobal mövqenin müəyyənləşdirilməsi üzrə fəaliyyətini dəstəkləyəcək dördüncü süni peykini uğurla orbitə çıxarıb.

“Mitsubişi-4” adlanan peyki daşıyan H2A raketi Yaponiyanın cənub-qərbində yerləşən Taneqaşima Kosmik Tədqiqatlar Mərkəzindən oktyabrın 10-da səhər saat yeddi radələrində kosmosa buraxılıb. Qlobal mövqenin müəyyənləşdirilməsi sisteminə malik süni peyk uçuşdan 27 dəqiqə sonra 273 kilometr hündürlükdə orbitə çıxarılıb. Bu süni peyklər şəbəkəsi mövqenin müəyyənləşdirilməsində yol verilən nöqsanları 10 metrdən bir neçə santimetrədək azaltmaq imkanı yaradacaq. Yeni sistemdən kənd təsərrüfatı, tikinti, yüklərin çatdırılması, dronların hərəkəti və digər xidmətlər zamanı istifadə ediləcəyi bildirilir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

10:03