Yaponiya özünün kosmos siyasətində dəyişikliklər edib

Yaponiya özünün kosmik inkişaf üzrə əsas siyasətində dəyişikliklər edib.

Xudaferin.eu xəbər verir ki, məqsəd Ayın tədqiqi məqsədilə astronavtların iştirakı ilə həyata keçiriləcək beynəlxalq uçuşlarda iştirak etməkdir.

Dekabrın 12-də Yaponiya hökuməti kosmik inkişaf üzrə strateji qərargahın toplantısını keçirib. Komissiyanın qəbul etdiyi qərara əsasən, gələn ildən Aya missiya üçün Yaponiyanın təqdim edəcəyi texnoloji ekspertizanın hazırlanması yollarının müzakirələrinə başlanacaq.

Hökumət, həmçinin ABŞ ilə birlikdə Ay orbitində beynəlxalq kosmik stansiyanın inşasına qoşulmağa ümid edir. ABŞ bu məqsədlə inşaat işlərini 2020-ci ilin sonlarınadək yekunlaşdırmağı planlaşdırır.

Xudaferin.eu

18:46