Yapon dənizində itkin düşən gəminin axtarışları dayandı

Rusiya aviasiyası Yapon dənizində itkin düşən “Vostok” balıqçı gəmisinin axtarışlarını müvəqqəti dayandırıb.

Metbuat.az-ın məlumatına görə, güclü külək əməliyyat üçün çətinliklər yaradır. Hələlik 10 min kvadrat km ərazidə müşahidələr aparılsa da, gəminin izlərinə rast gəlinməyib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dünən radarlardan itən “Vostok” gəmisi hadisədən 2 saat əvvəl “Abakan” teploxoduyla əlaqə yaradıb. Lakin rabitə zamanı hər hansı təhlükə barədə məluimat verilməyib.

 

Qeyd edək ki, “Vostok” gəmisində 21 nəfərin olduğu bildirilsə də, sonradan 1 dənizçinin sağ olduğu məlum olub. O bildirib ki, gəminin batmasına səbəb 4-5 mütr hündürlüyündə olan dalğalar və onu əmələ gətirən güclü küləkdir. Gəmidə olan digər balıqçılardan 2-si - 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə isə Azərbaycanvətəndaşlarıdır.

 METBUAT.az

11:52