Yahya Kamal Bayatlının yaradıcılığı müzakirə olundu

 

Bakı Yunus Əmrə İnstitutu-mədəniyyət mərkəzində hər ay təşkil olunanOxuma günləriində bu dəfə türk ədəbiyyatının böyük şairi Yəhya Kamal Bəyatlının yaradıcılığı müzakirə olunub.

 

İnstitutdan bildirilib ki, müzakirə Bakı Dövlət Universitetinin müəllimləri, ədəbiyyat adamları, jurnalistlər və tələbələrin iştirakı ilə baş tutub. Əvvəlcə Yunus Əmrə İnstitutun direktoru İbrahim Yıldırım “Oxuma günləri” layihəsinin ilboyu davamlı edəcəyini və daha geniş tərkibdə keçiriləcəyini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Türkologiya fakültəsinin müəllimi, dosent Aydan Xəndam Yəhya Kamal yaradıcılığı ilə tanışlığından söhbət açıb, onun şeirlərini səsləndirib.

Türkiyənin Marmara Universitetinin müəllimi Mehdi Gəncəli Yəhya Kamalın İstanbul sevgisindən bəhs edib, onun “İstanbul” şeirini səsləndirib. Tədbirdə tələbələrin ifasında Yəhya Kamalın şeirləri səsləndirilib, onun haqqında sələflərinin fikirləri oxunub. Sonda tələbələrin sualları cavablandırılıb.

Xudaferin.eu

 

08:56