Xəzərdə faciə: Neftçilər estakadadan dənizə töküldü

 

Paytaxt Bakının yaxınlığında yerləşən “Bahar” Əməliyyat Şirkətində baş vermiş qəza nəticəsində bir neftçi ölüb, 3 nəfər isə ağır yaralıdır.
 

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı öz “Facebook” səhifəsində məlumat yayıb. Məlumata görə, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması baş verib), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib.

“Hadisə Bahar ƏŞ -nə məxsus 409-cu özüldə baş verib. Özül köhnədir, əsaslı təmirə ehtiyac duyulur. Bu özüldə 4 quyu var. 409, 414, 415, 417. Verilən məlumatda işçilər Təmir Tikinti İdarəsində çalışırlar və iş günü olmamasına baxmayaraq onları həmin qəzalı vəziyyətdə olan özüldə təmir işlərnini aparılması üçün göndəriliblər. İşçilər özüldə olan iri dəlikdən dənizə düşüb”,- deyə Mirvari Qəhrəmanlı qeyd edib.

P.S. Yazı Mirvari Qəhrəmanlığının facebook səhifəsindən alınmışdır.

 

 

 

 

10:19