Xəzərdə batan İran gəmisinin heyəti Bakıya gətirildi - FOTOLAR

Xəzərdə batan İran gəmisinin heyət üzvləri Bakıya gətirilib.
 
Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi vasitəsilə batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə gətirilib.
 
Qeyd edək ki, bu gün günorta saatlarında İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
 
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.(oxu.az)
 
xudaferin.eu
 

19:52