Xuzistanda: “Rədd olsun Tehran mollakratiya rejimi” çağırışları səsləndi

 

Əhvazda əhali kütləvi aksiyalarda yerli hakimiyyəti istefaya çağırdı

 

İranın Xuzistan bölgəsinin mərkəzi Əhvazda Həsən Ruhani hökumətinə etiraz edən əhali küçələri müharibə bölgəsinə çevirib. Bir neçə gündür başlayan etiraz aksiyalarına artıq “Əhvaz İnqilabı” adı verilməyə başlanılıb.

“XUDAFERİN.EU”-ya daxil olan bilgilərə görə, bölgədə elektrik və su qıtlığı ucbatından  yerli əhali etirazlar edərək ayağa qalxıb. İran mollakratiya rejiminin xüsusi cəza dəstələri kimi tanınan “Ettelat” və onun dayağı sayılan “Bəsicilər” dinc sakinlərə qarşı törədiklətri cinayətlərdən qəzəblənərək əllərinə keçən hər varsa, döyüşməyə əl atıblar. Beləliklə də Əhvaz şəhərinin bütün küçə və meydanları barrikadalara çevrilib. Xuzistanın başkəndi Əhvazda “İran İslam İnqilabının Keşikçiləri Korpusu”nun yerli komandanını isə əhali qətlə yetirib. Çünki, xüsusi qəddarlığı və amansızlığı ilə seçilən bu hərbi birləşmə 38 ildir bölgədə rejimin bölgədəki bütün soyqırım siyasətini yürüdən tək dövlət strukturu hesab olunur. Beləliklə də bölgədə durum gözlənildiyindən daha da kəskin xarakter almışdır. Əhali “Ettelat”ın hərbi kazarmalarına ələ keçirərək xeyli sayda silah ələ keçirməklə mollakratiya rejiminin xüsusi cəza dəstələri ilə silahlı münaqişəyə başlayıblar. Buna görə də, Tehrandan bölgəyə əlavə hərbi qüvvələr yeridilib. Bütün bu proseslərdə sosial media üzərindən “Əhvaz İnqilabı üçün hər kəs meydanlara” adlı xüsusi çağırışlar səsləndirilib.
Qeyd edək ki, Xuzistan bölgəsinin əhalisinin 90 faizi yerli ərəblərdən ibarətdir. 1925-ci ildə Sovet Rusiyası və İngiltərənin dəstəyi ilə devrilən qanuni Qacar dövlətinin yerinə ilk dəfə olaraq bölgə İran adlandırılmış və iqtidara gətirilən Rza Pəhləvi özünü şah elan edərək, bütün toplumları assimliasiya siyasətini yürütmüşdür. Bu durum o dönəmdən başlayaraq, bu günə kimi davam etdirilməkdədir. Son 38 ildə hakimiyyətdə olan Tehran mərkəzli mollakratiya siyasəti isə daha da dözülməz xarakter almışdır. Buna görə də bölgə toplumu İrandan ayrılaraq özünün “Xuzistan Ərəb Dövləti”ni qurmaq hədəfini bəlirləməkdədir. Hal-hazırda Xuzistanda demək olar ki,yerli əhali bütün sənaye və mədən sektorunda tətil aksiyalarını həyata keçirir. Xuzistan bölgəsi Orta Doğunun ən zəngin neft yataqlarına malikdir. Tehran mollakratiya rejimi isə bu bölgənin sayəsində ildə yüz milyardlarla dollar gəlir əldə edir. Xuzistan bölgəsinin İrandan ayrılması fars-molla rejiminin tamamilə çökdürülməsi deməkdir.
Bundan əlavə, Əhvazdakı mitinqlərər qatılan əhali: “Ölüm olsun farslara” şüarları ilə çıxışlar ediblər. Faktiki olaraq, başda Əhvaz şəhəri olmaqla Xuzistanın əksər şəhərləri yerli üsyançıların nəzarətinə keçib. Əhali arasında ərəb dilində yayılan vərəqələrdə qeyd olunur ki, Tehran rejimi Xuzistan əhalisinə, özəlliklə də bu bölgədəki ərəblərə daim aşağılayıcı baxışla yanaşıb. Bu gün Xuzistan vilayətində adicə içməyə normal su belə tapılmır. Neftlə zəngin olan bölgədə əhalinin yaşam durumu acınacaqlı və fəlakətli bir səviyyəyə enib. Bölgədəki ən yararlı içməli su mənbəyi sayılan Karun çayıın məcrası süni şəkildə farsların çoxluq təşkil etdiyi İsfəhan şəhərinə yönləndirilib. Bundan əlavə, farslara məxsus bölgələrdəki kimya sənayesi fabriklərinin bütün çirkabları və tullantıları Xuzistan bölgəsinə münbit ərzilərdə torpağa basdırılır. 38 ildir Tehran rejimi din pərdəsi altında yerli ərəb xalqına qarşı ən qəddar siyasəti yürüdür. İslam dini və şəriət hökmləri siyasətini ortaya atan Tehran rejimi Quranın əsas dili olan ərəb dilində biz ərəblərin təhsil almasını belə yasaq edib. Mütəxəssislərin də açıqlamasına görə Xuzistan bölgəsində toplam 8 milyon nəfər əhali yaşayır və onların əksəriyyəti isə yerli ərəblərdir. Bundan əlavə, bölgədə Qaşqay, Xələc və başqa Türk boyları da yaşayırlar. Ərəblər və Türklər arasında isə hər hansı ixtilaf yoxdur.

Xudaferin.eu
“Analitik Mərkəzi” 

13:11