Xudayar Yusifzadənin məzar daşı hazırdır FOTO

44 günlük vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin məzarının üstü götürülüb.

Xudaferin.eu “oxu.az”a istinadən xəbər verir ki, onun Bərdənin Şəhidlər Xiyabanındakı qəbrinin üstünə başdaşı və sinədaşı qoyulub.

Bundan əvvəl isə hələ də şəhidin qəbrinin üstünün götürülməməsi ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, 22 yaşlı kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Zəngilanın azad olunmasına görə” medalına layiq görülüb.

Xudaferin.eu

10:44