Xudaferin.EU artıq instagram-da

Hörmətli oxucular!

Bu gündən etibarən Avropada nəşr olunan "Xudafərin" dərgisinin və xudaferin.eu saytının instagram səhifəsi instagram.com/xudaferin.eu_official ünvanında artıq fəaliyyətə başladı. Dost saytlardan xahiş edirik ki, bu xəbəri onlayn media resurslarında paylaşsınlar ki, daha çox soydaşımız xəbər tutsun.

Avropada baş verən ən son yeniliklər, Avropa və Azərbaycan arasında mədəni, sosial, təhsil, ictimai və siyasi əlaqələrin inkişafı, həmçinin Avropa və dünya üzrə yaşayan azərbaycanlıların uğurlu fəaliyətini, diasporalarımızın tədbirlərini, Qarabağ ilə bağlı ən son məlumatları bizim saytdan oxu- mağınızı tövsiyə edirik.

İnformasiya yüklü videolarınızı, fəaliyyət sahənizi əks etdirən maraqlı fotoları və xəbərləri bizim məktub qutusuna (inbox) göndərməyinizi xahiş edirik.

Ana Vətən Azərbaycandan qürbətdə yaşayan azərbaycanlılara, qərib diyarda fəaliyyət göstərən azərbaycanlılardan Qoca Şərqin Qapısına körpü rolu oynayan "Xudafərin"-dən sizə SALAM olsun

 

 

xudaferin.eu

21:14