Xətainin Bakıdakı heykəlini ziyarət edənlər: 100 manat cərimə ödəyəcək

 

Paytaxt Bakının Xətai rayonu Yusif Səfərov küçəsinin genişləndirilməsi təqdirəlayiq addım olsa da bundan əziyyət çəkənlər də az olmayacaq.

 

Ərazidə yol genişləndirilib, yolun ortasında zolaq şəklində qalan park ləğv edilsə də, Şah İsmayıl Xətainin parkdakı heykəli heç bir yerə köçürülməyəcək. Heykəl heç bir yerə köçürülməsə də, ona yaxınlaşmaq da tamamilə məhdudlaşdırılıb. Məlum olub ki, böyük tarixi şəxsiyyətin abidəsini ziyarət etmək tamamilə imkansız hala gəlib. Ətrafda olan yol polisi əməkdaşları isə yolu keçərək abidəyə yaxınlaşmağın qayda pozuntusu olduğunu bildiriblər. Yol kənarına çəkilən dəmir hasarı atlayaraq yolu keçmək istəyən piyadalar isə qanunda nəzərdə tutulan dəyişiklik reallaşacağı təqdirdə 100 AZN cərimə olunacaqlar.

Ərazidən çəkilən görüntüləri sizə təqdim edirik.

 

Cebhe.info

 

 

10:00