Xocalıya həsr edilən divar qəzetləri

 

Gəncə şəhər 3 saylı tam orta məktəbdə divar qəzetləri Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunub. Şagirdlərin ərsəyə gətirdikləri divar qəzetlərində Xocalı hadisələri haqqında ətraflı məlumatlar, faciəyə həsr olunmuş rəsmlər, şeirlər öz əksini tapıb. Nümayiş olunan materiallarda qəhrəmanlığın, mübarizliyin təbliği də yer alıb.

Məktəblilər hazırladıqları divar qəzetlərində soyqırım haqqında həqiqətləri bacardıqları kimi çatdırmağa çalışıblar.
Qeyd edək ki, Gəncə şəhərindəki bütün orta məktəblərdə mövcud olan divar qəzetlərində həm də şagirdlərin yaradıcılığı, bədii söz ehtiyatı, eyni zamanda azad şəkildə fikirlərini ifadə tərzinə xüsusi diqqət yetirilir. Bu da yeni yetişən nəslin ədəbi-bədii fikir dünyasının formalaşması üçün çox vacib şərtlərdən biridir. 

Cəmilə Kərimova
Gəncə

09:53