Xocalı ilə bağlı petisiya - 10 mindən çox imza

 

Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib. Petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub.

Petisiyada deyilir: "Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir".

Petisiya hazırda davam edir. Bu günə qədər 10 mindən çox internet istifadəçisi petisiyaya qoşulub.

Cebhe.info

 

10:46