Xırdalanda ölən tələbələrin cəsədləri hələ də morqda analiz olunur

 

Onların qazdan deyil, qida zəhərlənməsindən keçindikləri ehtimalı da var

 

Abşeron rayon Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayənişin olan 5 qız və 2 qadının dəm qazından boğulması ehtimal olunsa da, onların qida zəhərlənməsindən dünyaları dəyişildiyi deyilir. Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasmovun verdiyi məlumata görə, hadisə yerində ilkin olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onun sözlərinə görə, rəsmi açıqlama Abşeron rayon Prokurorluğunun araşdırmalarının nəticələrindən sonra veriləcək: “Cəsədlər morqa aparılıb və analiz olunur. İlkin ehtimala görə, onlar dəm qazından zəhərləniblər”.

Qida zəhərlənməsi ehtimalı ilə bağlı Abşeron rayon İH sözçüsü məlumatı olmadığını dedei: “Hadisə baş verən andan icra hakimiyyətinin rəhbərliyi oradadır. Amma bu məsələnin araşdırlması səlahiyyətimiz olmadığından biz yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarının rəsmi açıqlamasından sonra ictimaiyyətə məlumat verə bilərik”.

Abşeron rayon Prokurorluğundan isə bildirirldi ki, faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır. Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir. Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Hurriyyet.org-a bildirdi ki, təbii qazdan istifadənin təhlükəsizliyilə bağlı FHN mütəmadi maarifləndirmə işləri aparır, amma məhz həmin hadisə ilə bağlı təhlükəsizliyə nəzarəti “Azəriqaz” təmin etməlidir. Qonşular bildiriblər ki, faciənin baş verdiyi otağın qaz təchzitı yoxlanıb, heç bir qaz sızıntısı və ya dəm qazanın yaranmasına gətirən hal aşkarlanmadığı bildirilib.

JEK-in mühəndisi İmamverdi Sadıqovın ehtimalına görə, qızların dəm qazından yox, qida zəhərlənməsindən öldükləri ehtimalı böyükdür.

NİGAR
Hurriyyet.org

 

07:03