XİN: Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk

S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk.

​Xudaferin.eu Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in verdiyi açıqlamada deyilir.

"Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur. Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq", - deyə açıqlamada qeyd olunub.

Xudaferin.eu

12:11