XİN: Gürcüstan Dağlıq Qarabağda "referendum"u tanımır

 

Bu Gürcüstan Xarici İşlər Nazirliyinin bu gün yayılan məlumatında deyilir.

Bildirilir ki, Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini və orada keçirilən "referendum"un nəticələrini tanımır. Gürcüstan XİN hesab edir ki, münaqişə tərəfləri arasında dialoq davam etməli və münaqişə beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir.

Gürcüstan tərəfinin verdiyi açıqlamada o da qeyd olunur ki, rəsmi Tiflis heç bir zaman hər hansı bir ölkənin etnik təmizləmə və separatizm siyasətlərini müdafiə etməyib və bu prinsipə hər zaman sadiq qalacaqdır. Gürcüstanın özü zatən “Abxaziya” və “Güney Osetiya” tipli etnik bölücülük və təmizləmə siyasətinin 25 ildir acısını dadır. Buna görə də hər zaman Azərbaycanı dəstəkləyir. Zatən qondarma “Dağlıq Qarabağ” rejimi də məhz antidövlət siyasəti yürüdən bir bölgədir. Qafqazda nə qədər etnik bölücülük siyasəti davam edəcəksə, region xalqlarının rifahı da olmayacaq.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu” 

17:02