XİN: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur

Bəzi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbər yayılıb.

Bununla bağlı sualı cavablandıran Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: "Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.

01:23