Xarici şirkət Azərbaycanı tərk edib

"Uiklou Korporeyt Services Limited" Azərbaycan bazarını tərk edib.
 "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, adıçəkilən şirkətin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
 Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Murtuza Muxtarov küçəsi 203A, mənzil 37 ünvanına filialın təsviyəçisi, Həsənova Nigar Əli qızına bildirə bilərlər.

Xudaferin.eu

13:02