Xaqanlıqlar dili Türkcə

 

Dil yalnızca ilətişim aracı deyildir. Dil tarix, mitologiya, fəlsəfə, yurd, qan belleyi, ulusal kimlikdir. Haidger "Dil varlığın özüdür" deyirdi. Dillə insan başqa canlı heyvanlardan seçilir. Dillər bir ulusun bütün tarixinin, yaşamının gözgüsüdür. Dillə ulusların uyğarlığını,onların düşüncə dünyasını anlamaq olar. Bu açıdan dili sıradan bir ilətişim aracı bilmək dayaz düşüncə tanımlanması olar. Türk acunda (dünyada) ən çox dövlət quran ulusdur. Türkcə böyük xaqanlıqlar dili olmuşdur. Bu açıdan bir erkletin(devletin) yönətimi üçün necə üstün qurallı düzən gərəkirdisə də Türkcənin dil yapısına da o qurallar qoyulmuşdur. Buna görə acunda bu qurallar Türkcəylə, onun qohum qollarına özəldilər. Türkcənin sesuyumu(aheng qanunu) quralı, dil gözəlliydir desem yersiz olar, doğa gözəlliyidir.

Doğada yaşam üçün incəliklərlə dolu bir düzən olduğu kimi Türkcədə də bu incə düzən vardır. Bu incə düzəndə pozuqluq olarsa, yaşam düzeninde sorun çıxdığı kimi Türkcənin de ses yapısında pozuquq olarsa, dil düzənsiz olar. İslam Türk ellərinə yayılan kimi bu düzənin pozulacağını duyan Kaşğarlı Mahmud, Türkcəni qorumağa almaq üçün Türkcələri toplayıb, Bağdadda ərəbcəsinə övünən xəlifəni uyardı;"Türk atı ərəb atından yüyrək olduğu kimi, Türk dili də ərəb dilindən yüyrəkdir."
Nə yazıq neçə yüz il Türk saraylarının qapısında, içində yatan qoşuqçular, aydınlar bunu anlamadılar. Türkcənin yüyrək səslənimini ərəbcənin iyrənc uzun boğazıyla uzatdılar. Ona görə də Türkcə qoşuqdan oldu. Bütün dillərin çeşidli nədənlərdən dolayı özəllikləri var. Ancaq Türkcənin özəllikləri, başqa dillərin özəllikləri kimi üzeysəl (səthi) deyil, düzeysəldir (səviyyəlidir). Sözsüz Türkcənin özəlliklərinin başında Səsuyumu quralı (ahəng qanunu) durur. Bu qural sözlərdə səsbilgisini (fonetikanı) düzənlər, sözlərin ağızda rahat deyinməsinə yardım edər. Daha dil ağızda çətinlik çəkmədən səsləri sözə çevirə bilər. Türkcənin bu yapısı yalnız deyiləni deyil, dinləyəni olumlu yöndə etgiləyir. Ancaq yabançı sözlər Türkcənin bu quralını pozur, onun gözəlliyini əlindən alır, bundan dolayı danışanla, dinləyəndə olumsuz etki buraxır. Gənəldə Türkcə sözlər doğanın nəsnələrinin, səslərinin, bənzətmələrinin yansımalarından yaranır. Bunun üçün sözlərlə insan, doğa arasında birlik oluşdurur. Bu oluşumdan doğan birliktəlik, doğanın oluşumu kimi incəliklərlə dolu düzənə dönüşür. Buradan Türkcənin dil düzəni səsuyumu quralı yaranır. Bu qural Türkcəni özgünləşdirir. Dili incəliklərlə dolu bir olquya çevirir. Burada dil daha insanla anlaşım araclığından çıxır, bir gözəl uzuq (sənət), doğabilgisi, insan orqanızmının bütün duyu bilgisnə çevrilir. Burada insan orqanızmiylə sözlər birləşib, uyum içində canlı varlığa çevrilirlər. Buradan dilə canlı varlıq deyilir. Bu canlı varlıqdan düzənsiz nəsə əskidilərsə, dilin canlılığında sorun yaranar. Bu açıdan dilin canlılığını qorumaq üçün, bütün etkiləyici etkənlərlə uyum içində gəlişməsi gərəkir. Türkcənin doğa çalqısı olması da onun düzli olmasından qaynaqlanır. Türkcədə bütün səslərdən edim düzəlir. Bu üstün nitəliyi başqa dillərdə tapmaq çətindir. Şarıldamaq, qarıldamaq, qırıldamaq, zırıldamaq... kimi. Türkcədə bütün adlardan, özadlardan da edim düzələr. Yaşarlaşmaq, Aydınlaşmaq, İvanlaşmaq, Corclaşmaq, mənləşmək, sənləşmək, ağlaşmaq, qaralaşmaq... Bunları yazmamın başlıca nədəni Türkcənin özəlliklərinə deyinməkdir. Nə yazıq biz dilin bu üstün yönlərini düşünmədən dilə, özgə dillərin özəlliklərini aşılmağa çalışmışıq. İslamdan sonra da bu özəlliklər önəmsənmədən, saraylarda ərəb dilinin özəlliklərinə uyğunlaşdırılmağa çalışıldı. Bu uyğunlaşma iki dilin özəlliklərindən dolayı alınmadan, Türk sarayları Türkcəni qapı dışında buraxdılar. Günümüzdə biriləri Xaqanı, Nizami, Qətran, Tərbizli Saib... kimi Türk qoşuqçular, nədən Türkcə deyil, farsca yazdılar, sorusuna yanıt aramadadılar. Bu qonunu Nəvayilər, Füzulilər o dönəmlərdə də çözümə qovuşdurmaq istədilər. Ancaq əllərinə aldıqları arac (əruz biçimi) onların umduqlarını qarşılamırdı. Çün bu biçim Türkcənin kökən, səs yapısıyla uyğun deyildir. Türkcənin səs yapısında uzun səslər olmadığından, əruzun biçim qurallarında “duxul” (giriş), “xuruc” (çıxış), rədif, qafiyə kimi uzun səslərə gərəksim duyurdu. Türkcə də bu səslərin olmayışı Türkcənin əskikliyi deyil, onun düzən yapısının yüyrəkliyindən qaynaqlanırdı. Bu düzən Türkcənin ağızda rahat səsləniminə kömək edir, onu incəliklə işlədilməsinə olanaq sağlayırdı. Öncə də vurğuladığım kimi dillərin səs yapısının oluşmasında bir başa doğanın etkisi olduğundan, Türk dil yapısı da onun ərəblə ayrı bölgədə yaşadığından səs yapısında da ayrıcalıqlar vardır. Ərəbin yaşadığı doğa, yaşam biçimi onun dilinin səs yapısını ərincək (tənbəl) Türkün dil yapısını isə yüyrək etmişdir.(Kaşğarlı da bununla o dönəm egemən ərəbi ərəb çöllərində basmışdır) Bir dəvə üstündə yaşayan ərəblə at üstündə yaşayan Türkün dilinin səslənimində sözsüz ayrıcalıqlar olacaqdı.
Sıradan bir örnək verim. Arğış (karvan) anlayışından bölümləmə (təsnif) doğar. Bu bölümləmə də orada olan bireylərin bütününə çatsın deyə, dalğalı-dalğalı uzun havaya gərkəsim duyar. Bunun üçün də uzun səslər sözdə yaranar.

“ Ey Fuzuli çıxsa can çıxmam tariq-i eşqdən
Reh-güzar-i ehl-i eşq üzrə qılın mədfən mənə ”

Burada uzun səslər əruzda uzluq (sənət) sayılan bölgü (təqti) üçündür. Bu islamdan öncə də ərəb qoşuğunda çox dəyər verilən bir qonuydu.

“Qatar qatar olub qalxıb havaya
Nə çıxıbsız asımana durnalar?
Qərib - qərib qəmgin –qəmgin ötərsiz
Üz tütübsüz nə məkanə durnalar?”

Türk dilinin özəlliklərindən doğan Molla Pənah Vaqifin bu qoşmasında əruzun o özəlliklərinə gərəksim olmadığına görə, qoşuqçu sözü qoşmaqda, yorumlamaqda çətinlik çəkmir. Oxucu da özgə sözlərin çox olmasına baxmayaraq qoşuğu oxumaqda gücənmir. Ancaq bunu hansısa bir əruzca yazılan Türkcə qoşuqlara demək olmaz. Bu üzdən Mirzə Fətəli Axundov 19.cü yüzildə Qarabağda Qasım bəy Zakirlə tanış olanda, Türkcə qoşuğun necə olmasını “nəzm, nəsr “ yazısında vurğuladı. O doğru olaraq əruzca yazanları dizici (nazim), heca biçimində yazılanları qoşuqçu adlandırdı: “Tarixi hicridən bu zamana qədər milləti islam arasında bir kimsə şeirilə nəzmin adına fərq verməyib, hər nəzimin adına bərxəlafi həqq şair deyiblər.” Axundovun bu yazısı onun Türk dilində olan qoşuğun azlığını göstərsə də (o Qasım bəydən öncə heca biçimində yazan yüzlərlə qoşuqçunu, ozanı oxumadığı görünür) ancaq vurğuladığı qoşuqçu, dizəci anlayışında haqlıdır. Qoşuqçuyla, dizəci arasında anlayışa bir çoxları çeşidli açıdan baxmışlar. Əski fars qoşuqçularından Cami də bir qoşuğunda buna açıqca deyinir. Əhməd Kəsrəvi də farsların göyə yerə sığışdırmadığı Hafizlə bağlı (Hafiz nə deyir) yazısında bu qonuya deyinir. Çağdaş fars qoşuqçusu, yazınçısı Ş. Kətkəni də əruzca yazan bir çox fars qoşuqçusunun bətimləmələrini incələyərək onların ərəblərdən üzçıxarma (kopiya) olduğunu vurğular.
Mənim burada deyindiyim önəmli qonu isə, bu olmusuz biçimə Türkcəni gücəndirib, ondan verim almaq istəyənlərin istəyi olmuşdur. Ancaq Türkcə söz yapısına görə bu özgə biçiminə sığımır, sığımadığına görə də qısır qalıb, öz saraylarından dışlanırdı. Farsca da Türkcənin dil özəllikləri olmadığından, ərəbcənin dil egemənliyinə boyun əyməsi doğalıdır. Çün farscanın Türkcə kimi 9 ünlü səsi, yenilməz qalası olan Səsuyumu quralı (ahəng qanunu) yoxudu bu egemən ərəb basqısı önündə dirənsin. Ərəbcənin egemənliyinə boyun əyməyən Türkcə, öz saraylarına girmirdisə, bu Türkcənin o saraylardan daha üstün egemənliyinin göstərgəsiydi. Çün o Türk sarayları özgə əkininin egemənliyinə boyun əymişdilər. Burada daha farscanın üstünlüyünün sözü belə edilməz. Çün farsca dil yapısına görə gücsüz olduğundan, egemən dilə erkən boyun əyib, bir köləlik əkini yaradırdı. Bu köləlik əkinini övünc olaraq başda gəzdirmək, ən anlamsız bir anlayış olmalıdır.
Əskidən bilimlər bəlli kəsimlərin təkəlindəydi. Bundan dolayı bilimdən də öz çıxarları üçün yararlanardılar. Çeşitli bilim alanları az da olsa toplumun bir azına çatırdı. Ancaq yazını (ədəbiyat ), çalqını seçilmək üçün özlərinə özəl olaraq saxlırdılar. Bu olqularla öz arlarıyla, toplum arsında bir seçginlik sınırı oluşdururdular. Bu sınır da sıradan, bilgisiz insanların gücə tapınmasına qulluq edirdi. Sınırın ötəsində qalan insanların tapınması anlayışıları üs düzeyə çıxmadığından ölkə yönətimiylə, toplum arasında ortaq dəngə qurulmurdu. Bu açıdan toplumla yönətim arasında anlaşma uçurumları yaranırdı. Yönətim də bilikli olaraq bu uçurumun daha da qabarıq görünməsi üçün gərəkən araclardan yararlanırdı. Bu aracların içində yazın, muzik de önəmli yer tuturdu. Ölkə yönətimi özlərindən özəl insan kimliyi yaratmaq üçün, uzluqları(sənətləri) də toplumdan ayrı tutmağa çalışırdılar. Buna ən başlıca örnək, divan yazınıyla, muğam musiqisini göstərmək olar.
Sarayların bu yanlış uyğulamaları sonucu əruzla, muğam toplumun arasında yer tapmadı. Çün ikisinin də kökəni özgələrin geçmiş uyğarlıqlarının yansıdıcısıydı. Bu açıdan Türk insanının uyğarlığında bir yaraşıqsız yamaq kimiydi. Toplum ise onun dilinin bütün özəllikləriylə, gözllıikləriylə bir yaşayan Aşıqla, onun qoşması, garaylısı, bayatısıyla yaşayırdı.

21:31