Xanımlara bəd xəbər: kosmetika məhsulları da kəllə-çarxa çıxdı

Ölkədə gedən bahalaşma bütün məhsullara təsir etməkdədir; Əsadən də idxal olunan malların qiymətində durmadan artım var. Bu dəfə xanımları üzən bahalaşma qeydə alınıb. Belə ki, saç rəngləri, saç lakları, müxtəlif kosmetik məhsulların qiyməti artıb. Bu malların xaricdən gəlməsini nəzərə alsaq qiymətlər kəllə çarxa qalxıb. Əvvəllər 2 manat, 90 qəpiyə olan saç rəngləri indi 4 manat 60 qəpiyə olub. Ümumilikdə, kosmetika məhsullarının qiymətində 50 faiz bahalaşma müşahidə olunur. Bu da işləyən qadınların, evdar xanımların isə həyat yoldaşlarının büdcəsinə böyük zərbədir. Əldə etdiyimiz özəl xəbərdə bildirilir ki, artıq supermarketlərdə “Rexona”, “Lady speed steek”, adekalon, sabun, şampun, diş məcunu, paltartəmizləyən tozlar, qabyuyan şampunlar və bu kimi mallar da bir daha dəhşətli dərəcədə bahalaşıb. İş adamları isə bunu gömrükdə idxal mallarının rüsumunun qalxması ilə əlaqələndirir. Hazırda mağazalarda panika yaşanır. Vətəndaşların ailə səbətinə qəflətən böyük fərqlə zərər olunması əhalinin vəziyyətini ağırlaşdırır. Halbuki, prezident süni qiymət artımına getməməyi tapşırıb. Vətəndaşlar prezident İlham Əliyevdən kömək gözləyir. Böhranla bağlı tədbir görülməsə, islahatlar aparılmasa, monopolist qüvvələr cəzalandırılmasa, iş yerləri açılmasa ölkədə yoxsulluq artacaq. Ərzaq, sərnişindaşınma, dərman və ümumilikdə bütün sahələrdə dəhşətli bahalaşma gedir, ş yerləri bağlanır, maaşlar kəsilir, işsizlər ordusu yaranır, ölkə 90-cı illərin ən ağır yoxsul dövrünə qaytarılır.

Cəmiyyət panika və ajiotaj içindədir. Çünki işıq və qazın bahalaşması bütün sahələrdə qiymət artımı ilə nəticələnib. İstər sərnişindaşınma, istər ərzaq məhsulları, istərsə benzin və digər xərclər artmaqdadır. Minlərlə ailə olduqca ağır bir vəziyyətlə üzləşir. Dövlət rəhbərliyi təxirəsalınmaz antiböhran tədbirləri həyata keçirir. Amma bəzi yarıtmaz məmurların sayəsində ölkəni bahalaşma dalğası bürüyüb.

Politika.Az

12:19