Xalq artisti Tofiq Tağızadənin xatirəsi alınacaq

Fevralın 7-də II Fəxri xiyabanda görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin xatirəsi alınacaq.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, həmin gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri anadan olmasının 100 illiyi münasibətilə mərhum rejissorun qəbirüstü abidəsini ziyarət edəcəklər.

Anım mərasimində Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salınacaq, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.

Xudaferin.eu

15:14