Xalça Muzeyində “Macarıstanda toxuculuq” mövzusunda sərgi

 

Azərbaycan Xalça Muzeyində “Macarıstanda toxuculuqmövzusunda sərginin açılışı olub. Muzeyin direktoru Şirin Məlikova sərgidə qobelen sənətinin keçmişini və gələcəyini əks etdirən, dünya şöhrətli, təsviri və tətbiqi incəsənət sahələri üzrə mükafatlara layiq görülmüş 18 macar sənətkarının işlərinin nümayiş olunduğunu bildirib.

 

Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Bakıda “Macarıstan günləri”nin təşkilinə görə minnətdarlığını bildirib. Sərgidə Edit Baloq, Ester Beny, Beata Hosler, İbolya Hed, Erjebet Katona Sabo, Aqneş Keçkeş, Kristina Kokay, Anna Kubini, İda Lençeş, İren Malik, Yudit Nad, Eva Nerqeş və Tamaş Olah, Liviya Papay, Eleonora Paskuletti, Eva Penkala, Juja Pereli, Sabo Verona və Katalin Zelenak kimi macar sənətkarlarının həm ənənələrə söykənən, həm də müasir üslubda hazırladıqları qobelen nümunələri nümayiş etdirilib. Tamaşaçılar sərgilənən əsərlərdə varislik ənənələrinin davamı və çağdaş qobelen sənətindəki mütərəqqi yeniliklərlə yaxından tanış olublar. Sərgi martın 19-dək davam edəcək.

Xudaferin.eu

08:08