Xalça Muzeyində “Laçın, səndə nələr qaldı...” adlı tədbir keçiriləcək

 

Mayın 16-da Azərbaycan Xalça Muzeyində muzeyin Şuşa filialının təşkilatçılığı ilə Laçının işğalının 25-ci ildönümünə həsr olunmuş “Laçın, səndə nələr qaldı...” adlı tədbir keçiriləcək.

Muzeydən bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, Laçın ziyalılarının örnək dolu yolunu yeni nəslə çatdırmaq, həmçinin qədim sənət nümunələrimizin öyrənilməsi və qorunmasını aşılamaq, eyni zamanda, qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova və başqaları Laçının tarixi keçmişi,mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini bölüşəcəklər. Bədii proqramla davam edəcək tədbirin sonunda “Laçına virtual” səyahət adlı videoçarx nümayiş olunacaq.

Xudaferin.eu

09:29