Xalça Muzeyində “Ailə günü”

Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaqdır. Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığının, dekorativ-tətbiqi sənətinin inkişafı və tarixi ilə yaxından tanış olublar. Onlar muzeydə təşkil olunan ustad dərslərinə qatılıb, öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələrini hazırlayıblar.

“Ailə günü” iştirakçıları üçün müxtəlif növ müsabiqələr, oyunlar, əyləncələr və ustad dərsləri təşkil olunub. Tədbir iştirakçılarının tanınmış memar Elçin Əliyevlə görüşü keçirilib. Görüşdən sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olunub və ən yaxşı rəssamlar mükafatlandırılıb. Qeyd edək ki, “Ailə günü” tədbiri hər ayın son şənbə günü təşkil edilir. Bu tədbir Azərbaycan Xalça Muzeyinin təhsil sahəsində təşkil etdiyi layihələrindəndir.

Xudaferin.eu

11:30