“Wi-Fi”dan 100 dəfə sürətli texnologiya kəşf edilib

 

ABŞ-ın Braun Universitetinin alimləri ultrasürətli “Wi-Fi” üçün geri sayımın başlandığını açıqlayıblar.

Tədqiqatçılar günümüzdəki mobil şəbəkələrdən daha sürətli texnologiya kəşf etdiklərini bəyan ediblər. Belə ki, onlar ənənəvi mikrodalğa əvəzinə terahers tezliklə videosiqnal göndərərək saniyədə 50 giqabayt sürət əldə ediblər. Bir çox kabelsiz internetin saniyədə 500 meqabayta qədər sürət yığdığını vurğulayan araşdırmaçılar bunun ortalama bir “Wi-Fi”dan 100 dəfə sürətli olduğunu qeyd ediblər.

 

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:04