Versminister Universitetindəki tədbirdə Azərbaycan da təmsil olunub

 

Daşkənddəki Beynəlxalq Versminister Universitetində “Xalqların adət-ənənələri və Novruz” adlı tədbir keçirilib.

 

Tədbirdə Daşkənddəki səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri adət-ənənələrini, milli yeməklərini təqdim edib, müxtəlif xalqların mahnı və rəqsləri ifa olunub.

Tədbirdə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, suvenirlər nümayiş etdirilib. Milli musiqi alətlərimiz - kamança, saz, qaval və nağara, “Qarabağ xanəndələri” musiqi kataloqu, Azərbaycan musiqisi yazılmış disklər marağa səbəb olub. Sonra konsert proqramı təqdim edilib. AMM nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının ifa etdiyi milli rəqslərimiz maraqla qarşılanıb.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

05:44