Venesuelada hökumət əleyhinə etiraz nümayişləri davam edir

 

Şəhərin əsas nəqliyyat yolları olan Deutz Körpüsü, Rheinufer tuneli və bir çox prospekt bağlanılıb, tramvay, avtobus və qatar səfərləri təxirə düşüb. Polislə qarşıdurmalar zamanı 20-dən çox adam həyatını itirib, onlarla adam nəzarətə alınıb.

El Valle bölgəsində polis nümayişçilərə qarşı bibər qazından istifadə edib və gözyaşardıcı qazın mənfi təsiri yaxınlıqdakı doğum xəstəxanasına belə gedib. Digər tərəfdən, müxalifətin nəzarətində olan Milli Konqresin sədri Hulio Borqes dünyanın böyük qlobal banklarının rəhbərlərinə məktub göndərərək maliyyə böhranı içində olan Venesuela hökumətinə kredit və nağd maddi yardım verilməməsini istəyib, verilərsə, “bu, diktatorluq meyllərinə dəstək sayılacaq” deyib.

Qeyd edək ki, hökumətin nəzarətində olan Venesuela Ali Məhkəməsi 31 martda verdiyi qərarla Konqressin səlahiyyətlərini üzərinə alması ilə etirazların artmasına səbəb olmuşdu. Məhkəmə qərarı etirazlara görə 1 apreldə ləğv etsə də, qida və əsas həyat ləvazimatlarıyla bağlı iqtisadi çətinliklər xalqın nümayişlərinin qarşısını ala bilmir. Bu səbəblərlə əlaqədar Venesuelanın əsas nəqliyyat yolları olan Deutz Körpüsü, Rheinufer tuneli və bir çox prospekt bağlanılıb, tramvay, avtobus və qatar səfərləri təxirə düşüb.

Xudaferin.eu

 

 

06:27