Venesuela: etiraz aksiyaları zamanı daha 12 nəfər həlak olub

 

 

Venesuelada Konstitusiya Assambleyasının yaradılması əleyhinə müxalifət tərəfindən təşkil olunan etiraz aksiyalarında həlak olanların sayı artmaqdadır.

Son sutka ərzində etiraz aksiyaları zamanı azı 12 nəfər həlak olub. Hakimiyyətdən narazı olan venesuelalılar küçə nümayişlərinə qoyulan qadağalara baxmayaraq, etirazları davam etdirirlər. Assambleyaya seçki günü paytaxt Karakasda, eləcə də Merida və Taçira ştatlarında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar baş verib. Bir çox yerlərdə aksiyalar kütləvi iğtişaşlarla nəticələnib. Hökumət əleyhinə etiraz aksiyalarının baş qaldırdığı aprel ayından indiyədək həlak olanların sayı 110 nəfəri ötüb, 1,4 minədək insan həbs edilib.

Xudaferin.eu
“Amerika Bürosu”

10:28