Vaşinqtonda Dağlıq Qarbağ münaqişəsinə dair tədbir keçirilib

 

Vaşinqtonda Atlantik Şurada Dağlıq Qarabağ münaqişəsinə dair keçirillən tədbirdə bu münaqişədə beynəlxalq tərəflərin rolları müzakirə edilib. Panel iştirakçıları ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv rol oynamağa çağırıblar. ATƏT-in Minks qrupunun həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda çətinliklərin mövcud olduğunu deyib.

Fikrimcə hər iki prezidenti uzun danışıqlar üçün Birləşmiş Ştatlara dəvət etmək lazımdır. ABŞ hər iki tərəf üçün etibarlı tərəfdaş olduğunu, bu məsələ ilə maraqlandığını və münaqişəyə həll yolu tapmaq üçün əhəmiyyətli səylər görməyə hazır olduğunu göstərməlidir. O bildirib ki, əsas məsələ hər iki ölkə rəhbərliyinin əhalini sülhə hazılaşdırmasıdır. Hoqlanın dediyinə görə, bunun üçün qərəzli və düşmən ritorikanın qarşısı alınmalıdır, məsələ ilə bağlı arada bir keçirilən görüşlər isə bunun üçün yetərli deyil. Həmsədr Azərbaycan və Ermənistan prezidentləri arasında daha sıx görüşlərin təşkil olunmasının vacibliyini vurğulayıb və konkret addım atmaq öhdəliyinin onların üzərinə olduğunu qeyd edib.

Bu yaxınlarda “The International Politics of the Armenian-Azerbaijani Conflict: The Original 'Frozen Conflict' and European Security” (Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq siyasəti: İlkin Dondurulmuş Münaqişə və Avropa Təhlükəsizliyi” adlı kitab nəşr edən Mərkəzi Asiya - Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının direktoru Svante Kornel isə deyib ki, tərəflər istəmədiyi təqdirdə sülhün olmayacağını demək yanlışdır. O deyib ki, Dağlıq Qarabağ müqanişəsində geosiyasət hər zaman böyük rol oynayıb, son bir neçə ildə isə hətta yerli faktorlardan belə daha böyük rol oyanmağa başlayıb. Onun sözlərinə görə, ən başlıca rol isə Rusyaya aiddir, çünki Rusiya dondurulmuş münaqişələrdən öz geosiyasi maraqlarını irəlilətmək və bu regionlar üzərində nəzarətini asanlaşdırmaq üçün istifadə edir.

“Birləşmiş Ştatlar və Avropa bu regiondakı geosiyasətdən uzaq durublar və bu, Rusiya, İran və müəyyən dərəcədə Türkiyənin rolunun artmasına gətirib çıxarıb. Bu hal isə regionda sabitliyin bərpasına yardım etməyib. Bu səbəbdən də Qərb dövlətlərinin cəlb olunması regionda sabitliyin yaranmasına və hadisələrin nəzarət altında saxlanmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində Azərbaycan və Ermənistanın siyasi liderlərinə göstərəcək ki, ciddi danışıqlar aparmaq riskinə getməyə dəyər.”

Birləşmiş Ştatlar və Avropa bu regiondakı geosiyasətdən uzaq durublar və bu, Rusiya, İran və müəyyən dərəcədə Türkiyənin rolunun artmasına gətirib çıxarıb. Bu hal isə regionda sabitliyin bərpasına yardım etməyib. Bu səbəbdən də Qərb dövlətlərinin cəlb olunması regionda sabitliyin yaranmasına və hadisələrin nəzarət altında saxlanmasına gətirib çıxaracaq.

Amerika Xarici Siyasət Şurasının Rusiya üzrə tədqiqatçısı Stefen Blank Dağlıq Qarabağ münaqişəsinin xarici təsirlərindən bəhs edib. O deyib ki, bu münaqişənin təkcə Qafqaz daxilində deyil, Rusiya, Türkiyə və hətta ABŞ və Avropaya təsirləri var. O, Qafqaz və Mərkəzi Asiyanın hər zaman ABŞ-ın xarici siyasət prioritetləri siyahısında sonda gəldiyini deyib. Blankın fikrincə, bu münaqişənin strateji əhəmiyyətini görməmək Rusiyaya Qərbin maraqlarına müdaxilə etməyə və müharibəni davam etdirməyə imkan yaradır.

“Fikrimcə hər iki prezidenti uzun danışıqlar üçün Birləşmiş Ştatlara dəvət etmək lazımdır. ABŞ hər iki tərəf üçün etibarlı tərəfdaş olduğunu, bu məsələ ilə maraqlandığını və münaqişəyə həll yolu tapmaq üçün əhəmiyyətli səylər görməyə hazır olduğunu göstərməlidir,” deyə o bildirib. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Amerikaninsesi.org

09:16