Vaşinqton, Kreml və Tehranın yeni Qarabağ hiyləsi

Vaşinqton, Kreml və Tehranın yeni Qarabağ hiyləsiRusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketləri nüvə silahıdır. Bu fakt onu düşünməyə əsas verir ki, Ermənistan nüvə silahının yaradılması imkanlarını artıra bilər. Bu fikirlər Corctaun universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Roblinin məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, “İsgəndər” raket kompleksləri nüvə başlığı daşıya bilər: "Və məhz bu fakt nə qədər absurd səslənsə də, 3 milyon əhalisi olan ölkənin nüvə silahını yaratmaq imkanını ortaya çıxarır".

Məqalə müəllifi Ermənistanda Metsamor AES-in fəaliyyət göstərdiyini və burada nüvə sahəsində ixtisaslaşmış insanların çalışdığını da qeyd edir: "Düşünmək olar ki, Ermənistan radioaktiv “çirkli bombalar yarada və onları “İsgəndər”lər vasitəsilə istifadə edə bilər. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı heç nə vəd etmir". "Rusiya Ermənistana dəstəyini dayandırsa və Dağlıq Qarabağ probleminin nizamlanmasına Azərbaycanın haqlı mövqeyindən yanaşsa, daha çox şey qazanar". Bunu Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu jurnalistlərə deyib. O qeyd edib ki, əgər Rusiya azərbaycanlı məcburi köçkünlərin, o cümlədən uşaqların Qarabağda öz evlərinə qayıtmasına kömək etsə, 1,7 milyardlıq türk-islam dünyasının nəzərində mövqeyi yüksələr: "İnanıram ki, Rusiya da bu düşüncədədir".
Baş müşavirin sözlərinə görə, Türkiyə yaxın zamanlarda azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları üçün lazımi addımların atılacağına, Ermənistanın haqsız işğalına son qoyulacağına inanır. Bu həftə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri planlaşdırılır. İran prezidenti iki dəfə Azərbaycana rəsmi səfər edib, Ermənistanda isə hələ bir dəfə də olmayıb. Tehranda anlayırlar ki, Həsən Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq. Papağımızı fırlatmağa macal tapmamış amerikalı diplomat Ceyms Uorlikin də sağollaşmaq vaxtı çatdı. Dekabrın 31-də onun həmsədrlik vəzifəsi başa çatır. Necə də böyük həvəslə işə girişmişdi. Ancaq son nəticədə Uorlik də o birilərindən heç nə ilə fərqlənmədi. Gah dedi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır, bu fikir xoşumuza gəldi, üstündən aylar keçdi, dedi ki, yox, paralel olaraq Dağlıq Qarabağın status müzakirələri də başlamalıdır. Göründüyü kimi, ABŞ, Rusiya və İran Qarabağ məsələsində səmimi deyil və Ermənistanı himayə edirlər.

Politika.Az

16:49