"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” festivalı keçiriləcək

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək.  Festival aprelin 10-dan 17-dək təşkil olunacaq. Festivalın dörd nominasiya “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə keçirilməsi nəzərdə tutulur. Məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm amil olan milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi, milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, vilonçel və nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir.

Xudaferin.eu

11:29