Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi konfrans

 

Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçiriləcək.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq elmi konfransda “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, “Əsli və Kərəm” operasının səhnə taleyi”, “Leyli və Məcnun” operası Bilkənd səhnəsində”, “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, “Arşın mal alan” filmi: yaranma tarixi və ekran həyatı” və digər mövzularda elmi məruzələr dinləniləcək.

Xudaferin.eu

18:42