Uşaq Yaradıcılıq Mərkəzində ədəbi-bədii kompozisiya

 

Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş edilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Gəncə şəhər Metod Mərkəzin direktoru Söhrab Hacıyev Xocalı faciəsini dünyada qətl və qəddarlıq simvolu adlandrıb. Azərbaycan xalqı bu faciəni artıq 25 ildir ki, ürək ağrısı ilə öz qəlbində yaşadır. XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bildirib ki, mahiyyət etibarı ilə Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Tədbir uşaqların ifası ilə davam edib. Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri tərəfindən ermənilərin törətdiyi vəhşiliklərdən, faciənin qurbanlarından bəhs edən səhnələr, müxtəlif kompozisiyalar təqdim edilib. Xocalı faciəsinin dəhşətlərinin məharətlə ifa olunduğu bu kompozisiya tamaşaçılarda dərin təəssüratlar oyadıb. Tədbirin davamında şagirdlər üçrəngli şanlı bayrağı zala gətirib, Vətənə, torpağa, bayrağa aid şerlər səsləndirib, mahnılar oxuyublar. Sonda uşaqların Xocalı faciəsi ilə bağlı çəkdikləri rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

Hicran Məmmədova
Gəncə

 

 

10:02