Uşaq Evində maarifləndirici seminar

Gəncə Uşaq Evində “Xocalı Soyqrımı” ilə bağlı maarifləndirici seminar keçirilib. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Uşaq Evinin tərbiyəçisi Raziyə Məlikova uşaqlara Xocalı faciəsi haqqında geniş məlumat verib.

Raziyə Məlikova qeyd edib ki, Xocalı faciəsinin dünyada tanıdılması və soyqırım kimi qəbul edilməsi istiqamətində aparılan işlər indi də davam edir. Seminarın sonunda balacalar tərbiyəçinin suallarını cavablandırıb, şeirlər söyləyiblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının başqa şəhərlərində Gəncədə olduğu kimi orta məktəblərdə, uşaq baxçalarında, eləcə də uşaq evlərində vətənpərvərliklə bağlı təsadüfi hallarda tədbirlər həyata keçirilir. Gəncə şəhərində demək olar ki, hər həftə hər hansı orta məktəbdə, eləcə də gənclərlə bağlı ictimai təşkilatlarda müxtəlif səviyyəli tədbirlər həyata keçirilir. Bu da öz növbəsində yeni nəsil arasında müasir düşüncə və milli təfəkkürün inkişafı istiqamətində ölkəmizin inkişafı üçün böyük töhfə deməkdir.

Xudaferin.eu
“Gəncə Bürosu”

 

16:58