Urmulu millət vəkili Kürdüstan bayrağının Kərkükdə dalğalandırılmasını qınayıb

 

Quzey İraqda Türkmanların kompakt şəkildə yaşadıqları Kərkük şəhərinin valisi və Kərkük Vilayət Məclisinin qərarı ilə qatı antitürk mövqeyi ilə tanınan qondarma “Quzey İraq Kürdüstan Muxtariyyatı” hökuməti bayrağının bölgənin dövlət binalarına sancılması ilə başlanan gərginliyə Güney Azərbaycanın Urmu şəhər millət vəkili Ruhullah Həzrətpur da münasibət bildirib.

Ruhullah Həzrətpur Urmuda fəaliyyət göstərən “Barış News” internet qəzetinə müsahibə verərək qondarma “Quzey İraq Kürdüstan Muxtariyyatı” hökumətinin bayrağının Kərkük  şəhərində yerli hökumətin binasının üstündə dalğalandırılmasını qınadığını bildirib. O, qeye edib ki, Kərkük biz türklərin ən qədim şəhərlərindən biridir və buranın əhalisinin böyük çoxluğu elə Türkman deyidiyimiz bizim soydaşlarımızdırlar.

“Gərginliyə səbəb olan bu addım sərt şəkildə qınanmalıdır. Bu kimi irrasional addımların  İraqın inkişafı və təhlükəsizliyinə zərər verdiyini düşünürəm,” deyə Türk Bölgələri Fraksiyasının üzvü olan millət vəkili Ruhullah Həzrətpur bəyan edib.

Urmulu millət vəkili veridyi açıqlamasında onu da  əlavə edib ki, qondarma “Quzey İraq Kürdüstan Muxtariyyatı”nın bu növ addımları İraqda cərəyan edən terrorla mücadilə prosesinə zərbə vurur.

Quzey İraq Türkmən Cəbhəsi təşkilatının başqanı və Kərkük millət vəkili Erşad Salihi keçən həftə müsahibəsində “Quzey İraq Kürdüstan Bölgəsi” bayrağının Türkman çəhəri olan Kərkükdə dalğalanmasının İraq Ana Yasasına qarşı olduğunu bildirib. Erşad Salihi məsələ ilə bağlı İraq federal məhkəməsinə müraciət edildiyini də bildirib. Erşad Salihi verdiyi açıqlamasında mövzu ilə bağlı qonşu ölkələrdən dəstək tələb etdiyini dilə gətirib.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

06:08