Urmuda Azərbycan Türklərinin fars rejiminin seçki oyunlarına ağır zərbə

 

İran adlı mollakratiya rejimində may ayının sonunda  keçiriləcək uydurma cumhur başkanlığı seçkilərinə təbliğat aparmaq üçün Güney Azərbaycanın Urmu şəhərinə gələn Həsən Ruhani xalqımızın təpki və etirazlarına məruz qalıb.

Urmu şəhərinin 6 min nəfərlik “Durnalar” İdman Salonunda mitinq üçün gələcəyi bir neçə gün əvvəl açıqlanan Həsən Ruhani ötən seçkilərdə aldada bilmədiyi Güney Azərbaycan xalqını bu il aldatmaq üçün şansını təkrar sınamaq istədi. Azərbaycan Türklərinin torpaqlarına gələcəyini unudan Həsən Ruhaninin uatnmazcasına kürd dilində öncədən afişalar basdırıb və günlər öncəsində şəhərdə paylanması azmış kimi,  Urmu şəhərində kürd geyimləri geyinərək rəqs qrupunu gündəmə gətirməsi xalqın səbrini daşıran son damla oldu.

Ötən seçkilərdə qurumaqda olan Urmu Gölünü qurtaracağını vəd edərək xalqdan səs toplamağa çalışan Həsən Ruhaninin bu vədlərinin boş olduğunu görən xalq İdman  Salonunda Həsən Ruhani və irqçı fars rejiminə qarşı şüarlar səsləndirərək təpkisini göstərdi: “Azərbaycan yatmayıb kürdə topraq satmayıb”, “Urmu Gölü Dolmadı”, “Türk Dilində Mədrəsə Olmadır”, “Haray Haray Mən Türkəm”, “Azərbaycan Oyaqdı Yalançıdan uzaqdı” kimi şüarlar “Durnalar” İdman Salonunda atılan sloqanlardan bir neçəsiydi.

Millətin təbkisini görən bəzi Ruhani tərəfdarları və fars rejiminin maşaları idman salonunundakı atmosferi və irəli sürülən şüarları dəyişdirmək istəsələr də bu məqsədlərinə çatmadılar. Beləliklə, Güney Azərbaycanın Urmu bölgəsində qondarma “kürd kartı”ndan faydalanıb və milləti sandıq başına çəkib səs toplamaq istəyən mollakratiyanın irqçı fars rejimi və onun oyuncağı Həsən Ruhani Güney Azərbaycan xalqından ağır bir zərbə yedi.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:34