Urmu vilayətini “kürdləşdirmə” siyasəti fiaskoya uğradı

İran mollakratiya rejiminin düz 40 ildir apardığı hədəflərdən biri də Güney Azərbaycanın Türkiyə ilə sınır bölgələrinin tamamilə kürdləşdirilməsidir. Beləliklə Güney Azərbaycan və Türkiyə sınırları arasında özəl bir bufer zonası yaradılması bir hədəf olaraq görülür. Güney Azərbaycan Milli Hərəkatının uzun illərdir apardığı milli dirəniş siyasətinin sonucu olaraq, hələ ki, bu hədəflər baş tutmur.

May ayının 19-da İran mollakratiya rejiminin şəhər şuralarına seçkilərlə bağlı açıq və gizli şəkildə İraq, Suriya və Türkiyədən İrana köç etmiş köçəri kürdləri Urmu vilayətinə köçürməklə onların namizədlərinin bu seçkilərdə uğur qazanmaları siyasətini rəsmi düzənə salmaq istədi. Ancaq, Güney Azərbaycan Milli Hərəkatının fəallarının səyləri sonucunda bütün bunlar baş tutmadı. Onlar gecə-gündüz çalışaraq əhali arasında özəl vərəqələr yaymaqla xalqı maarifləndirməyə nail oldular. Beləliklə də mollakratiya rejimi və kürd bölücülük siyasəti Urmu vilayətində iflasa uğramışdır.
Güney Azərbaycanın Urmu vilayəti üzrə şəhər şuralarına seçkilərin nəticəsi:
 

Salmas: Şəhər şurasına seçilənlərdən yalnız biri köçəri kürddür.

-Qəhrəman Nəsiri Sədəqyani – 5514 səs

-Süleyman Xani Sultanəhmədi – 5215 səs

-Abdulla Mətləbi Qaraqışlağı – 5164 səs

-Həmid Paki – 5064 səs

-Behruz Siyami Təmər -4138 səs

-Açin Cəlili Köhnəşəhərli – 4001 səs

-Mir Nağı Rəsuli Sədəqyani – 3902 səs

Sulduz: Şəhər şurasına seçilənlərin hamısı türkdür.

-Vəli Babusə – 17308 səs

-Fərhad Əkbəri – 15122 səs

-Rəsul Siyami – 14389 səs

-Musa Ağacani – 14018 səs

-Mehdi Ələvi -13089 səs

-Leyla Heydəri – 11688 səs

-Səid Dilməqani – 11672 səs

Makı: Şəhər şurasına seçilənlərin hamısı türkdir.

–Əziz Bərgney – 5199 səs

-Əfşin Mərdəlizadə – 4334 səs

-Vahid Dadaşzadə – 4174 səs

-Xəyyam Əhmədi – 3959 səs

-Huşəng Məhəmmədzadə – 3874 səs
 

Xoy: Şəhər şurasına seçilənlərin hamısı türkdür.

-Məcid Müqəddəm – 12700 səs

-Şəhsəvar – 9442 səs

-Leyla Məkkari – 9361 səs

-Əlirza Fəthi – 8022 səs

-Məqsud Kuçekbəyli -7749 səs

-Qulaməli Şərif – 7526 səs

-Zəhra Rəcaiyan – 6144 səs

-Hadi Nəqibi – 5831 səs

-Rza İmandar – 5695 səs

Sayınqala (Saindej): Şəhər şurasına seçilənlərdən yalnız biri köçəri kürddür.

-Əli Əbdulkərimi – 2552 səs

-Rza Bəşarəti – 2478 səs

-Hüseyn Əlizadə -2380 səs

-Seyid Əli Hüseyni – 2449 səs

-Qulamrza Rzazadə – 2328 səs
 

Tikantəpə (Tikab):5 üzvdən 3-ü mühacir kürdlərdən seçilib

-Hüseyn Mikaili – 6364 səs

-Nadir Bəhri – 5304 səs

-Əbulhəsən Fəttahi – 5057 səs

-Əbulfəz Məqsudi – 4247 səs

-Süməyyə Əlmasi – 3449 səs

Qeyd edək ki, statistik rəqəmlərdə yer alan bu adlar özündə çoxlu mənalar ehtiva edir. Öncələr İran mollakratiya rejimi istədiyi adayı irəli sürür və onları istənilən vəzifələrə də təyin edirdi. Bu gün Güney Azərbaycan Milli Hərəkatının vüsət alması sayəsində addım-addım paniranizm və panfarsizm iflasa uğramaqdadır.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

 

13:17