Urmu vilayətində köçəri kürdlər və onların terrorçu qruplarından fars rejiminə dəstək

 

Mollakratiya rejiminin süni şəkildə Güney Azərbaycanda yerləşdirdiyi kürd kəndlərinin əhalisi Urmu vilayəti boyunca yerli seçkilərdə öz adaylarını müdafiə etmək üçün koalisiya şəbəkəsi yaradıb
 

Son günlər İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələrinin başında duran “Ettelaat” (Ettelaat- İran Kəşfiyyat Nazirliyi) və “Sepah” Kəşfiyat bölməsi ( İslam İnqilabı Keşikçilər Korpusu) tərəfindən dəstəklənən köçəri kürdləri ilə birlikdə keçirdiyi toplantılar sonucu olaraq, Güney Azərbaycanın Urmu vilayətində yerli seçkilərdə kürd adayların siyahısını hazırlayıblar. Bunun ardınca bildirilib ki, Urmu vilayətində yerli hakimiyyətlərdə kürdlər də təmsil olunmalıdırlar.

İran mollakratiya rejiminin Güney Azərbaycana qarşı apardığı ən dəhşətli və qəddar siyasətinin iç üzünü açan məqamlardan biri 1914-1918-ci illərdə Güney Azərbaycanın Urmu, Sayınqala, Qoşaçay, Xoy, Səlmas, Sulduz, Mərənd, Culfa, Qarasu, Zunuz və başqa bölgələrində Fransa, İngiltərə və Rusiyanın silah, maliyyə və hərbi yardımları ilə başda kürd terror siyasətinin lideri olan Simitkonun apardığı soyqırım dəhşətlərinin indiki varisi, yəni Simitkonun nəvəzi Arman Simitkonun liderliyində kürd qruplaşmalarının yerli hakimiyyətdə təmsil olunmaları prosesləri gündəmə gətirilibdir. Hətta bunun üçün İran mollakrat rejimi kürdlər “Noin” adlı seçki qərargahını yaradıb. Bu seçki qərargahının əsas üzvləri Tehrandan idarə olunan “PEJAK” kürd terror təşkilatının fəallarıdırlar. Onlar uzun müddət Güney Azərbaycna, Quzey İraqda Türkman Elinə, Türkiyədə isə PKK ilə birlikdə Anadolu Türklərinə qarşı əldə silah savaşlarda bulunanlardırlar.   

Bölgəni kürdləşdirmək kimi dərin siyasət aparan İran mollakratiya rejiminin strateji hədəflərindən biri Güney Azərbaycan və Türkiyənin ortaq sınırları coğrafiyasında Türk zolağının qarşısını almaqdır. Hal-hazırda “Ettelaat” (Ettelaat- İran Kəşfiyyat Nazirliyi) və “Sepah” Kəşfiyat bölməsi ( İslam İnqilabı Keşikçilər Korpusu) tərəfindən dəstəklənən “Noin” kürd qruplaşmasının adından Urmu şəhər şurasının (bələdiyyəsi) üzvü olmaq üçün 11 nəfərin adaylığı irəli sürülübdür. Bu proses eyni zamanda İngiltərənin başkəndi Londonda fəaliyyət göstərən və xəyali “Böyük Kürdüstan” ideyasını təbliğ edən “Urmu TV” kanalı tərəfindən geniş şəkildə işıqlandırılmaqdadır. “Urmu TV” kanalının açıqladığı xəbərlərə görə Urmu vilayəti boyunca adaylıqları irəli sürülmüş kürdlərin hamısı “Komelə-PKK” sıralarında terrorçu təcrübəsi keçənlərdirlər. Bu proses baş tutarsa, Urmu vilayəti artıq kürdlərə təslim ediləcəkdir.  
“Ettelaat” (Ettelaat- İran Kəşfiyyat Nazirliyi) və “Sepah” Kəşfiyat bölməsi ( İslam İnqilabı Keşikçilər Korpusu) tərəfindən tənzimlənən “Nojin” qrupunun üzvləri və “PEJAK”ın rəhbərləri Seyid Fəttah Hüseyni, Arman Simitko, Rəsul Bangin Məsud Şəmsnəjad, Erşak Rauf Qonbədi bu yöndə əhali arasında geniş təbliğatlara başlamışlar. Bununla yanaşı, seçkilərdə kürdlərin səs qazanması üçün külli miqdarda pul xərcləyirlər.
Bütün bunları diqqətlə izləyən və hərəkətə keçən Güney Azərbaycan Milli Hərəkatının fəaları mollakratiya rejiminin “kürd kartı” ilə Güney Azərbaycana qarşı açdığı bu siyasi savaşa qarşı yeni cəbhə açdıqlarını elan ediblər. Bu yöndə bütün Urmu vilayəti boyunca geniş miqyaslı təbliğatlara başalyıblar. Aparılan təbliğatlarda bildirilir ki, mollakratiya rejiminin əsas hədəfi Güney Azərbaycanın ərazilərini biz türklərdən təmizləməkdir. Bu yöndə kürdləri irəli veriblər. Bunun üçün də bütün Güney Azərbaycan boyunca, eləcə də Urmu vilayətində yerli seçkilərdə ancaq və ancaq Türk kökənli adaylar dəstəklənməlidir. Sulduz, Xoy, Urmu, Tehran, Səlmas və digər şəhərlərdə Azərbaycan Türkləri “Şəhər Şurası” seçkilər üçün “Birlik Səsi”,“El Gücü”,“Azərbaycan Yatma! Dur!!!” kimi adlar altında müxtəlif koalisiyalar yaradıblar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu” 

10:01