Urmu Gölünün xilası üçün ayrılmış paraları mollakratlar oğurlayıblar

Güney Azərbaycanın Urmu Gölü dünyanın ən ağır ekoloji fəlakəti ilə üz-üzə qalmış bir məkanı olaraq, son on ildə uluslararası birlikərin diqqətində olan bir məkan kimi tanınıb.

Güney Azərbaycan Milli Hərəkatının uzun müddət apardığı mücadilənin sonucu olaraq, İran mollakratiya rejimi dərin ekoloji böhranı yaşayan Urmu Gölünün bərpası üçün dövlət büdcəsindən 30 milyard tümən vəsait ayırsa da, indiyə kimi mövcud problemin çözümü üçün bir quruş da olsun gərəkən xərcləri çəkməmişdir.
Urmu vilayətinin “Ətraf Mühitin Qrounması İdarəsi”nin müdiri yardımçısı Məsud Bağırzadə bildirib ki, dövlət Urmu Gölünün xilası üçün 30 milyard tümən vəsait ayırıb. Biz bu amacla “Urmu Gölünü Canlandırma Mərkəzi”ni yaradaraq, dövlətə dəstək olmağa çalışdıq. Tehran hökuməti isə, sözdə vəsaitin ayrıldığını desə də, neçə illərdir həmin paranı görən olmayıb.
Məsud Bağırzadə onu da bildirib ki, Urmu Gölünün tamamilə quruması bölgədən azından 5 milyon insanın məcburi şəkildə başqa bölgələrə mühacirət etməsinə səbəb olacaq. Çünki, Urmu Gölü dünyanın ən duzlu gölüdür. Burada daim əsən küləklərin sayəsində ormanlar, tarlalar, meyvə bağları, münbit torpaqlar tamamilə duzlaşacaqdır. Bunun dışında küləklərin sayəsində Türkiyənin və Quzey Azərbaycanın da bir çox bölgələrində torpaqlar tamamilə duzlaşa bilər. Beləliklə də geniş bir məkanda ekoloji böhran daha ağır fəsadlar nədən ola bilər. Biz bu problemin çözülməsi üçün özəl bir projelər hazırladıq və onu dövlətə sunduq. İndi projenin icrasına başlamaq gərəkdir. Tehran hökuməti isə sadəcə yağlı vədlər verməklə problemin çözülməsində maraqlı tərəf kimi görünmür. 
Urmu vilayətinin “Ətraf Mühitin Qorunması İdarəsi”nin müdiri İsa Kəlantəri də bildirib ki,  problemin çözülməsi üçün Həsən Ruhani hökumətinin məclisinə projelər sunulsa da, onun icrası üçün ayrılan büdcə hələ də ayrılmamışdır. Urmu Gölünün canlandırılması üçün ayrılan 30 milyard  tümən büdcə vəsaiti bizim idarəyə ödənilməyib.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

16:37