Urmu Gölünün Gəzinti Limani məhv oldu

 

Güney Azərbaycanın Urmu gölünün quzeyində yerləşən olan ən dərin və böyük Gəzinti Limanı təmami ilə quruyub. Beləliklə də gölün çevrəsində baş verən ekoloji problemlər daha da ağır durumdadır.

Urmunun quzeyində və Tərbizin 90 kilimetrində yerləşən Gəzinti Limanı Şəbüstər bölgəsində yerləşir. Ancaq həmin bölgədə baş verən ekoloji problemlər ucbatından bu limanda Urmu Gölünün digər limanları kimi quyu qurudulub.

Xatırladaq Urmu gölü ,bölgədə axan çayların sayəsində öz mövcudluğunu saxlayırdı. İndi isə gölə axan bütün bu çaylar İran mollakratiya rejimi və onun xüsusi təhlükəsizlik qurumu kimi tanınan “Sepah Pasdaran” tərəfindən tamamilə fərqli yönlərə axıdılır. Urmu Gölünə axan çaylar neçə illərdir ki, iqtisadi baxımdan rejim tərəfindən əsas olmadan tarlarlara axıdılır. Beləliklə də göl illərdir yoxa çıxmaqdadır. Dünyanın ən iri təbii duz yataqlarından biri kimi tanınan gölün hövzəsi bölgə üçün çox böyük ekoloji təhlükələrə səbəb olmaqdadır.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

13:12