Urmu Gölünün duz fırtınları artıq başladı

 

Durum belə davam etsə Urmu vilayəti boyunca ən azından 9 milyona yaxın əhali bölgədən köçüb getməli olacaq

Güney Azərbaycanın Urmu-Qoşaçay yönündə şiddətli duz və toz fırtınası baş verib. Ekspertlərin bildirdiyinə görə duz və qum fırtınaları Güney Azərbaycan boyunca 15 milyon nəfər insanın sağlamlığına ciddi təhlükə yaradır və bu vəziyyətdə bölgə boşaldılmalıdır. İran mollakratiya rejimi bölgənin milli sərvətlərini bilərəkdən məhv etməklə yanaşı, proqramsız iqtisadiyyat, yanlış əkinçilik siyasəti, ətraf mühiti mühafizə siyasətinin olmaması kimi dərin siyasəti yürütməsi sonucunda Güney Azərbaycanda bulaq, çay, su kəmərləri və göllərin qurumasına səbəb olub. Bu gün faktiki olaraq, dünyanın ən nəhəng duz gölü kimi tanınan Urmu Gölünün quruması sonucunda gölün 90% ərazisi qum və duz səhrasına çevrilib. Burada duz küləklərin sayəsində yaranan duz fırtınaları Güney Azərbaycanın Urmu, Xoy, Sulduz, Qoşaçay, Makı, Mərənd, Miyana, Tərbiz, Culfa, Tikab və digər bölgələrini, eləcə də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Vilayətini, Türkiyənin Ağrı, Muş, İqdır, Kars, Ərzurum və Ərdəhan vilayətlərinin otlaq sahələrinin, əkinçilik tarlarlarının, dağlarının, meyvə bağlarının, içməli su məkanlarının tamamilə erroziyaya uğramasına səbəb olması gözlənilir.
Qeyd edək ki, mollakratiya rejimi düz 38 ildir Urmu Gölünə axan su mənbələrinin qarşısını almaq kimi dərin hədəfləri ortaya qoymuşdur. Əsas amac isə, Güney Azərbaycanın Türkiyə ilə sınırlarında yaşam problemlərini dərinləşdirmək, buranı tamamilə türksüz qoymaq, bu siyasətlə yanaşı, bölgəni süni şəkildə kürdləşdirməkdir. Güney Azərbaycanla Türkiyə arasında bufer zonasını qurmaqdır. Türk Dünyasının uzlaşmasının qarşısını almaqdır. Bu dərin hədəfləri daha çox bizim milli manqrutlarımızın əli ilə həyata keçirməkdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu” 

10:10