Urmu gölü ətrafında gözlənilən Duzlu Qum Sunamisi başladı

 

Urmu gölü quruduqca Güney Azərbaycan bir çox fəlakətlərilə üzləşir.

GüneyAzərbaycanda iqlim və ekoloji dəyişikliyi, ətraf kəndlərdə quyu sularının şorlaşması, duzun bölgədəki əkin yerlərinə yayılması, bir sıra bitki və hətta heyvanların məhv olmasıi, ən önəmlisi isə duz zərrəciklərinin havaya yayılması əsas problemlər sırasındadır. Son zamanlar duzdan başqa daha bir dəhşətli problemin ortalığa çıxdığı görünür. İran mollakratiya-fars rejiminin törədiyi bu fəlakətin sayəsində Urmu gölündən duzlu qumların külək vasitəsi ilə ətraf ərazilər və əkin yerlərinə yayılmasından ibarətdir.  Mollakrat rejimin apardığı dərin siyasətin sonucunda Urmu Gölünün tamamilə quruması duz tozlarının və qumun da ətraf ərazilərə yayılmağa başlayıb.

Artıq Urmu Gölünün çevrəsindəki Rəşikan ,Ağdaş, Cəbəlkəndi kimi göllərin çevrəsindəki  30-40 kilometr məsafədə yaxın kəndlərə qarşı belə, duz sunamisi başlayıb.Bu vəziyyət kənd əhalisini vahiməyə salıb. Belə ki, həmin kədnlərin əkin tarlaları, ətrafdakı otlaqlar, ormanlıqlar duzlu qumların əsən küləklərin vatisəsilə tamamilə qurumaqdadır. Güney  Azərbaycanda əkinçilərə buna görə ciddi ziyan görməsi məsələsi getdikcə kəskinləşir.

Küləyin istiqaməti isə problemi bir az da dərinləşdirib. Son zamanlar hava şəraitinin əsən küləklərlə dolu olması ucbatından onun yönü əsasən Urmudan Tərbiz şəhərinə tərəfdir. Bununla da Urmu vilayəti və özəlliklə də Tərbizin duz və qum zərrəcikləri qarşısında daha çox ziyan görəcəyi artıq qaçılmaz bir durumu yaradıb.
Qeyd edək ki, Urmu Gölünün süni şəkildə qurudulması siyasətini 30 ildən çoxdur ki, İran mollakratiya rejimi gizli şəkildə həyata keçirməkdədir. Ekoloji problemlər üzrə yerli və dünyanın ən ünlü mütəxəssisləri neçə illərdir bu problem dərindən araşdırmış, hətta bu barədə BMT rəhbərliyinə ən mühüm sənədləri belə təqdim etmişlər. Ötən illər ərzində başda Urmu vilayətinin əhalisi olmaqla, bütün Güney Azərbaycan boyunca mollakratiya rejiminin apardığı bu antihumanist siyasətə dəfələrlə etirazlarını bildirmişlər. Hətta məcbur olaraq mühacir taleyini yaşayan soydaşlarımız dünyanın bir sıra ölkələrində, özəlliklə də Almaniya, İsveç, Hollandiya, Norveç, Avstriya, Fransa, İngiltərə, Kanada, ABŞ, Danimarka, Polşa, Türkiyə və başqa ölkələrdə kütləvi etiraz hərəkatlarında iştirak etmişlər. Urmu Gölünün qurudulması sonucu olaraq, burada yaranmış duz tozlarının sayəsində Güney Azərbaycanın, eləcə də Quzey Azərbaycanın Arazboyu (Muğan və Naxçıvan bölgələri), Türkiyənin altı vilayətinin (Ağrı, Muş, Kars, İqdır, Ərzurum, Van və Ərdəhan) tamamilə quruması, ekoloji baxımdan şoranlaşması proseslərinin baş verə biləcəyi problemi dədələrlər bildirilmişdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”     

10:57