Urmu Gölü ilə bağlı Türklərin etirazlarının önünün almaınsı üçün mollakratiyanın yalanları

 

Güney Azərbaycanın Urmu Gölünün son durumu ilə bağlı mollakratiya rejimi tərəfindən yayılan yeni yalanlar, eyni zamanda bu ölkənin Təhsil Nazirliyinin təhrifləri, eləcə də rejimin  Güney Azərbaycan Milli Hərəkatının qəzəbindən qorumaq və kütləvi etirazları önləmək məqsədini son zamanlar gündəmə gətirməkdədir.
 

Güney Azərbaycanın Urmu gölündə suyun səviyyəsinin ötən illə müqayisədə dəfələlər  aşağı düşdüyünü faktiki olaraq yerli əhali hər gün görür və bu barədə ekologiya üzrə bütün mütəxəssislər həyəcan təbili çalmaqda davam edirlər. Mollakratiya rejiminin dəstəyi ilə bu bölgənin adına millət vəkili seçilənlər, eləcə də rejimin ifrat dərəcədə antitürk siyasətinə qarşı azacıq da olsa səsini çıxardıb və yalan məlumatlar yayılmasına etitaf edirlər. Həmin təyin olunmuş millət vəkillərindən biri olan Nadir Qazipur bildirib ki: “Artıq dünyanın ikinci bu qədər duzlu gölü kimi tanınan Urmu Gölünün faktiki olaraq əvvəlki durumu ilə fərqdə 3 faizi qalıb, onun 97 faizi tamamilə quruyub”

2012-ci ildə Güney Azərbaycan Milli Hərəkatının başçılığı ilə ölkənin bütün şəhərlərində və iri xiyabanlarda bu məqsədlə baş vermiş etirazların önün almaq cəhidilə yalan vədlər verən Həsən Ruhani hökuməti “Urmu Gölünü Canlandırma Mərkəzi” adlı qurum yaratsa da bu mərkəz rejimin gölünün qurutulması prosesinə sözdə yardım etdiyini elan etməkdən savayı heç bir iş görməyib. Şou amacı ilə yaranan “Urmu Gölünü Canlandırma Mərkəzi”nin rəsmiləri belə, göldəki suyun səviyyəsinin tarazlığının aşağı düşdüyünü etiraf ediblər .Daha gülünc olan başqa bir fakt ondan ibarətdir ki, bu mərkəzin işləyiciləri mollakratiya rejiminin onlara heç bir budcə yardımlarının olunmamasını və digər imkanları vermədiyimi rəsmi şəkildə açıqlamaq zorunda qalıblar. Son olaraq da bu mərkəzin Urmu Vilayəti idarəsinin  rəisi Fərhad Sərxoş dövlət tərəfindən mərkəzə ayrılan vəsaitin onlara təhvil verilmədiyindən növbəti dəfə şikayətlənib.

Fərhad Sərxoş Türk millət vəkillərinin “Urmu Gölünü Canlandırma Mərkəzi”nə qarşı dilə gətirdikləri tənqidlərə cavab verməyə çalışıb. Bütün bunlara rəğmən mollakratiya rejiminin Təhsil Nazirliyinin dərsliklər vasitəsi ilə yalan məlumatlarla insan və ətraf mühit kitabının ikinci səhifəsində belə yazdırıb: “Gözəl xəbər. Son yağıntılardan sonra Urmu Gölündə suyun səviyyəsi ötən 6 aydan fərqli olaraq 55 santimetr yüksəlib.Bu bölgə əhalisi və ətraf mühit tərəfdarları üçün ən yaxşı xəbərdir”.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

12:07