“Urmu gölü böhranını” mövzusunda beynəlxalq konfrans

Güney Azərbaycanın başkəndi Təbrizdə “Təbriz Universiteti”ndə “Urmu gölü böhranının ətraf-mühitə təsiri və coğrafi nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Noyabrın 23 və 24-də düzənlənəcək bu  konfransda Amerika Birləşmiş Ştatları, İtaliya, İngiltərə, Türkiyə, Norveç, Malayziya və ölkələrdən ekologiya üzrə beynəlxalq miqyasda tanınmış mütəxəssislər iştirak edəcək.

“Konfransda 110 elmi məqalə dinlənələcəkdir. Bu ttoplantıda Urmu Gölünün ətrafında yaranmış ekoloji böhran, qonşu ölkələrə böhranın təsiri, vəziyyətdən çıxış yolu, Urmu Gölünün yenidən bərpa edilməsi istiqamətində çıxışlar və debaptlar olacaqdır. Bundan əlavə, LANSET üzvlərinin iştirakı ilə iqlim dəyişikliyi mövzusunda panel müzakirələrinin keçirilməsi, Urmu Gölünə baxış keçirmək və Təbrizin tarixi və görməli yerlərinə gəzintiyə çıxmaq, konfransın digər proqramları sırasındadır”- deyə konfransın baş katibi Şəhram Rusatayi bildirib. Onun sözlərinə görə, Məhəmmədəli Xorşiddust konfransın elmi katibi, Şəhrivər Rustayi icra katibi və Əkbər Əsğəri Zamani koordinasiya katibi kimi təyin olunub.

Xudaferin.eu

16:13